Ru
22:46 / 01 May 2026

Nazir onu İdarə Heyətinə yeni sədr təyin etdi

Nazir onu İdarə Heyətinə yeni sədr təyin etdi
Eye

Naxçıvan Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edilib.


Bakupost.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə əmr imzalayıb.

Əmrə əsasən, Naib Fəxrəddin oğlu Əlizadə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Naib Əlizadə bu vəzifəyə qədər Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb, həmçinin sədr vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar