Ağ Ev administrasiyası Konqresə İranla müharibənin başa çatdığı ilə bağlı bildiriş göndərib.
Bakupost.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Administrasiya bəyanatda aprelin əvvəlindən qüvvədə olan atəşkəs rejiminin hərbi əməliyyatları faktiki olaraq dayandırdığını iddia edir. Bu şərh Ağ Evə 1973-cü il Müharibə Səlahiyyətləri Qətnaməsinə (War Powers Resolution) əsasən tələb olunan 60 günlük müddət bitdikdən sonra Konqresdən rəsmi icazə almaq məcburiyyətindən yayınmağa imkan verir. Müdafiə naziri Pit Heqset Konqresdəki çıxışı zamanı atəşkəsin "60 günlük" müddətu dayandırdığını bildirib.
Qeyd edək ki, "Epik Qəzəb" (Epic Fury) 28 fevral 2026-cı ildə başlamışdı. Ağ Ev rəsmiləri 38 gün ərzində əsas hərbi məqsədlərə nail olunduğunu və bunun Tehranla danışıqlar üçün rıçaq yaratdığını qeyd edirlər. Demokrat senatorlar bu hüquqi arqumentin əsassız olduğunu və ABŞ qüvvələrinin hələ də regionda aktiv olduğunu bildirərək buna etiraz edirlər.
Hazırda regionda hərbi toqquşmaların olmamasına baxmayaraq, ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarının blokadasını davam etdirir.
Asena,
BakuPost