Ru
10:41 / 13 Noyabr 2026

Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar

Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı  - Yeni detallar
Eye

Astara rayon Kakalos kənd sakini 84 yaşlı Mirzəcan Hüseynovun Gəncədə itkin düşdükdən 3 gün sonra meyitinin tapılması ilə bağlı bəzi məqamlar aydınlaşıb.

"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, onun meyiti Gəncə şəhərinin Cavadxan qəsəbəsindən Göygöl rayonunun Hacıməlik kəndi istiqamətindəki boş sahədə aşkar edilib.

İlkin ehtimala görə, M.Hüseynov Gəncədə yerləşən hərbi hissələrdən birində nəvəsinin andiçmə mərasimindən sonra insanların sıx cəmləşdiyi yeri tərk edərək azıb.

Daha sonra Gəncə şəhərindən çıxaraq Göygöl rayonu istiqamətində hərəkət edib və Bakı-Qazax yoluna doğru gedib.

Boş sahədə olarkən – magistraldan bir neçə kilometr aralıda 84 yaşlı kişinin yıxıldığı, aclıq və soyuqdan öldüyü ehtimal edilir.

İlkin baxış zamanı onun üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar