Ru
10:32 / 13 Noyabr 2026

Bu şəxslər 6 min manat cərimə olunacaq

Bu şəxslər 6 min manat cərimə olunacaq
Eye

Mağazada istifadə müddəti bitmiş məhsul satan və ya alıcıları malın çəkisi, ölçüsü, qiymət hesabı və keyfiyyəti ilə bağlı aldadan şəxslər minlərlə manat cərimələnə bilər.

"Bakupost" Trend-ə istinadla xəbər verir ki, bununla bağlı hazırda qüvvədə olan qanunvericilikdə müvafiq müddəalar öz əksini tapıb.

Belə ki, saxlama müddəti ötmüş məhsulların satışına, eləcə də istehlakçıların malın və ya xidmətin ölçüsü, çəkisi, hesabı, istehlak xüsusiyyətləri və keyfiyyəti ilə bağlı aldadılmasına görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 4 000 manatdan 6 000 manatadək cərimə edilirlər.

İstehlakçının aldadılması ilə bağlı bu cərimə həmin əməlin vurduğu ziyanın 5 000 manatdan çox olmadığı hallara aiddir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar