Ru
00:18 / 13 Noyabr 2026

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Eye

Naxçıvan Müəllimlər İnstitutunun binasının adı və loqosu dəyişdirilib.


"Bakupost" xəbər verir ki, Baş nazir Əli Əsədovun sentyabrın 21-də imzaladığı qərara əsasən, Naxçıvan Müəllimlər İnstitutu ləğv edilərək Naxçıvan Dövlət Universitetinə qoşulması yolu ilə yenidən təşkil edilib.

Qərara əsasən, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisi hesab olunur. İnstitutun bütün hüquq və öhdəlikləri, eləcə də əmlakı Naxçıvan Dövlət Universitetinə keçirilib.

Artıq bu gündən etibarən Naxçıvan Müəllimlər İnstitutunun binasının üzərindəki loqo və ad dəyişdirilib. Binanın üzərindəki əvvəlki yazı yenilənərək "Naxçıvan Dövlət Universiteti" yazısı ilə əvəz olunub.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar