Ru
22:51 / 12 Noyabr 2026

Aİ öz “Starlink” sistemini istifadəyə verməyi planlaşdırır

Aİ öz “Starlink” sistemini istifadəyə verməyi planlaşdırır
Eye

Avropa İttifaqı (Aİ) 2029-cu ilədək Amerikanın “Starlink” sisteminə bənzər öz peyk rabitə şəbəkəsini istifadəyə verməyi planlaşdırır.


"Bakupost" xəbər verir ki, bu barədə Aİ-nin müdafiə və kosmos məsələləri üzrə komissarı Andrius Kubilyus Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda Avropanın öz peyk rabitə imkanlarını təmin edəcək IRIS² sistemi yaradılır və layihənin 2029-cu ildə fəaliyyətə başlaması nəzərdə tutulur.

Kubilyus qeyd edib ki, bu sistem üzv dövlətlərin təhlükəsizliyin təmin edilməsi imkanlarını 60 faizdən çox artıracaq.

Qeyd edək ki, avqust ayında Avropa Komissiyası “SpaceRISE” konsorsiumu ilə danışıqları başa çatdıraraq IRIS² peyk qruplaşmasının yaradılması layihəsi üzrə saziş imzalayıb.

Layihə çərçivəsində peyklərin ümumi sayının 348-ə çatdırılması nəzərdə tutulur.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar