Ru
22:04 / 12 Noyabr 2026

PSJ-dən Arda Gülerə üçqat maaş təklifi

PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Eye

PSJ heyətini gücləndirmək üçün “Real”ın yarımmüdafiəçisi Arda Güleri transfer etməyi planlaşdırır.

"Bakupost" QOL.az-a istinadla xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.


Bildirilir ki, Paris klubu 21 yaşlı futbolçuya illik 15 milyon avro maaş təklif etməyə hazırdır. Bu məbləğ türkiyəli oyunçunun hazırda “Real”da qazandığından üç dəfə çoxdur.

Qeyd edək ki, Arda Gülerin Madrid klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 100 milyon avro olaraq qiymətləndirir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar