ABŞ-nin texnologiya nəhəngi “Nvidia” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Censen Huanq vəzifəsindən istefa verib.
"Bakupost" xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.
Məlumata görə, istefa qərarı Huanqın şəxsi münasibətləri ilə bağlı qalmaqal və milli təhlükəsizlik narahatlıqları fonunda qəbul edilib.
ABŞ rəsmilərinin Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bildiyi qadınla Huanın münasibətdə olması barədə məlumatlar şirkət daxilində araşdırmaya səbəb olub. “Nvidia” rəhbərliyi şirkətin kommersiya sirlərinin və milli təhlükəsizliklə bağlı məlumatların ələ keçirildiyini düşünmək üçün əsas olmadığını bildirib.
Şirkətin maliyyə direktoru Kolet Kress müvəqqəti baş icraçı direktor təyin edilib.
Qeyd edək ki, 63 yaşlı Censen Huan 1993-cü ildə Nvidianı təsis edib və həmin vaxtdan şirkətə rəhbərlik edib.