Ru
11:27 / 13 Noyabr 2026

NATO Rusiyaya güzəştə gedəcək? – Avropanın gücü tükənir

NATO Rusiyaya güzəştə gedəcək? – Avropanın gücü tükənir
Eye

Əbu-Dabidə keçirilən üçtərəfli danışıqların ilk günü Rusiya nümayəndə heyəti NATO ilə bağlı bir sıra məhdudiyyətlərin tətbiqini tələb edib.

“Bakupost” xəbər verir ki, Moskvanın tələblərinə alyansın gələcək genişlənməsindən imtina edilməsi, 1997-ci ildən sonra NATO-ya üzv olmuş ölkələrdə hərbi mövcudluğun azaldılması, Ukrayna və postsovet məkanının digər dövlətləri ilə hərbi əməkdaşlığın məhdudlaşdırılması daxildir.

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyəti bu tələbləri Moskvaya “təhlükəsizlik təminatları”nın verilməsi zərurəti ilə əsaslandırıb. Moskvanın iddiasına görə, söhbət Avropanın təhlükəsizlik arxitekturasına dair təkliflərdən gedir. Putin bu təklifləri hələ 2022-ci ilin qışında ABŞ-nin o zamankı prezidenti Co Baydenlə görüşdə irəli sürməyə çalışıb.

Görəsən, Putinin bu tələbləri fonunda NATO, xüsusən də Avropa güzəştə gedərək, geri çəkiləcək?

Politoloq Zərdüşt Əlizadə “Bakupost”a bildirib ki, Kreml tələblərində tamamilə haqlıdır:

“Soyuq müharibənin qurtarması ilə Almaniyanın birləşməsi məsələsi gündəmə gələndə Qərb öhdəlik götürdü ki, bundan sonra NATO Şərqə doğru genişlənməyəcək. Amma ardınca Amerikadakı yeni mühafizəkarlar ABŞ-nin artıq dünyada rəqibi olmadığını əsas gətirməklə, dünyanın təkbaşına ağası olmaq qərarına gəldilər. Ona görə də nüfuz dairəsini genişləndirməklə NATO çərçivəsində müttəfiqlərin sayını artırdılar. Bu əsasda Rusiya özü 3 dəfə NATO-ya qəbul olunmaq istəsə də, onu kənarda qoydular”.

Ekspertin sözlərinə görə, sonda 2021-ci ildə Rusiya Qərbə ultimatumsayağı nota verərək tələb etdi ki, NATO Ukrayna və Gürcüstanı qəbul etməsin:

“Xəbərdarlıq edildi ki, genişlənmə dayanmasa, Rusiya hərbi-texniki tədbirlər görməli olacaq. Gürcüstan 2008-ci il müharibəsindən sonra NATO xülyasını yaddan çıxardı. Ukraynaya gəldikdə, 2012-ci ilə qədər burada aparılan bütün rəy sorğularında əhalinin 65 faizi NATO-ya üzv olmağın əleyhinə idi. Amma rəsmi Kiyev bunun əksinə getdi və belədə müharibə başladı”.

Müsahibimiz hesab edir ki, Avropanın imkanları Rusiyaya qarşı mübarizədə tab gətirməyə kifayət etmir.

Bu əsasda politoloqun fikrincə, “köhnə qitə” Moskvaya güzəştə getməyə məhkumdur:

“Hazırda Ukrayna, Rusiya xarabazarlığa, NATO isə ölü təşkilata çevrilib. Aİ də dərin böhran içindədir. Amerika bəyan edir ki, Avropaya görə Rusiya ilə nüvə müharibəsinə hazır deyillər. Avropa hər il 70-100 milyard dolları Ukraynaya xərcləyir. Bu isə Avropada əhalinin narazılığının artmasına səbəb olub. Bütün bunlar onu göstərir ki, Ukrayna xalqının səadəti heç də NATO-ya üzvlükdən keçmir.

Avropanın imkanları Rusiyanı geri otuzdurmağa kifayət etmir. Orduları zəifdir. Soyuq müharibənin bitməsilə Avropa ölkələrinin mütləq əksəriyyəti hərbi xərcləri azaldıb, ordularını ixtisar ediblər. Hazırda Almaniya ordusu ilə Azərbaycan Ordusu üz-üzə gəlsə, alman ordusu darmadağın olar”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar