Ru
11:18 / 13 Noyabr 2026

Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi

Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi
Eye

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərə başsağlığı verib.

Bu barədə "Bakupost"a Müdafiə Nazirliyindən məlumat verilib.

Başsağlığında deyilir: "Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində dörd nəfər hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar