Ru
10:59 / 13 Noyabr 2026

“Niva” ilə Neftçaladan ABŞ-yə getdi - VİDEO

Eye

“Niva” avtomobili ilə dünyanın müxtəlif ölkələrini gəzən səyyah-bloger Fərid Rəsul bu dəfə Amerika Birləşmiş Ştatlarına üz tutub.

“Bakupost” xəbər verir ki, qeyri-adi səyahətləri ilə diqqət çəkən Fərid Rəsul ABŞ-nin Virciniya ştatında yaşayan azərbaycanlı jurnalist Aynur Talıbovanın qonağı olub.

İki həmyerlinin görüşü uzaq Amerikada Neftçala nostaljisi ilə yadda qalıb.

Fərid Rəsul indiyədək özünün məşhur “Niva”sı ilə dünyanın bir çox ölkəsinə səyahət edib. Onun müxtəlif ölkələrdə yaşadığı macəralar və avtomobili ilə qət etdiyi uzun məsafələr sosial şəbəkələrdə maraqla izlənilir.

Lakin bu dəfə Atlantik okeanının o tayına keçərək Amerikaya üz tutması əvvəlki səfərlərindən daha böyük maraq doğurub.

Azər, BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar