Çin İranla hərbi əməkdaşlıq etmir və bu cür ittihamları rədd edir.
Bakupost.az xəbər verir ki, bu barədə jurnalistlərə Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq bildirib.
O, may ayında Çinin BMT Təhlükəsizlik Şurasına sədrlik etməsinə həsr olunmuş brifinqdə bildirib ki, Çin və İran arasında heç bir hərbi əməkdaşlıq yoxdur: "Biz bəzi Amerika rəsmilərinin ittihamlarından xəbərdarıq".
01.05.2026-cı il tarixində saat 15:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Bakı şəhəri, Xəzər rayonu, 257 nömrəli məktəbdən nəm salfetdən keçən allergiya səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 7 nəfərə yerində ilkin tibbi yardım olunub.