Ru
21:21 / 01 May 2026

“Qarabağ”da barışıq: Qurbanov Elvini geri qaytardı - Gözlənilməz ZƏNG

“Qarabağ”da barışıq: Qurbanov Elvini geri qaytardı -  Gözlənilməz ZƏNG
Eye

“Qarabağ”ın əsas heyətindən uzaqlaşdırılan Elvin Cəfərquliyev komandanın baş məşqçisi Qurban Qurbanovla əlaqə yaradıb.

Bakupost.az SAVASHMEDİA.az-a istinadla xəbər verir ki, Elvin Cəfərquliyev komandasının dünən "Neftçi"yə 1-2 hesabı ilə məğlub olduğu qarşılaşmadan sonra Qurban Qurbanova zəng edib.

Danışıq zamanı konkret nələrin müzakirə edildiyi məlum olmasa da, bu təmasdan sonra tərəflər arasındakı buzların əridiyini düşünmək olar. Bunun ilk əlaməti kimi cəzalandırılan futbolçuların - Elvin Cəfərquliyev və Abbas Hüseynovun əvəzedicilərin heyətində ilk oyunlarına çıxmalarını göstərmək olar.

Mənbə Qurban Qurbanovun Elvini bağışladığını desə də, futbolçunun mayın 4-də "Turan Tovuz"la qarşılaşmada heyətə daxil edilib-edilməyəcəyinin dəqiqləşmədiyini bildirib.

Xatırladaq ki, onlar bu gün “Zirə”nin əvəzedici komandasına qarşı keçirilən matçda start heyətdə yer alıblar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar