ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova oğlu Ceyhunla bağlı sosial şəbəkədə paylaşım edərək onun evə və şəxsi əşyalarına münasibətindən gileylənib.
Bakupost.az xəbər verir ki, jurnalist səliqəsizliyinə görə bir müddət əvvəl oğlunu evdən uzaqlaşdırmaq qərarı verdiyini bildirib.
"Mənə pis ana deyə bilərsiz. Bu pintiliyə görə onu evdən qovmuşdum. İnanın otağı belə olurdu. Amma qovulmadan sonra evə dönəndə divarları öpüb belə dedi. “Ana, bu evin qaydalarına qurban olaram”. Maşını ona təmiz vermişdim. 4 aydır bu maşın zibillik dükanıdır. Nə istəsəniz ordan tapmaq mümkündür"
Qeyd edək ki, Qənirə Ataşova 2 oğul anasıdır. (Yeni Sabah)