Ru
20:31 / 02 İyun 2025

Bu sahə bərbad hala düşüb: bu iki qurum ləğv edilməlidir

Bu sahə bərbad hala düşüb: bu iki qurum ləğv edilməlidir
Eye

Bir neçə ildir ki, “Azərbaycanfilm” kinostudiyası fəaliyyət göstərmir, filmlər çəkilmir. ARKA (Azərbaycan Respublikası Kino Agentliyi) yaranandan sonra belə bir siyasət aparılır, dövlətin kinoya ayırdığı pulu ARKA dövlət kinosudiyasına yox, kino işi ilə məşğul olan özəl şirkətlərə film çəkmək üçün verir. Bu siyasət də kino sahəsini bərbad hala salıb.

Bakupost.az xəbər verir ki, bu sözləri tanınmış aktyor və rejissor Rza Rzayev deyib.

O bildirib ki, kino sahəsi ilə məşğul olan şirkətlərə dövlət müxtəlif formada yardım edə bilər:

“Məsələn, həmin şirkətlər hansısa müddətə rüsumlardan (texnika almaq üçün) və vergidən (çəkiliş üçün) azad edilə bilər, yaxud güzəştli kreditlər təklif oluna bilər və yaxud hansısa fondlar kino sahəsi ilə məşğul olan özəl şirkətlərə pul ayıra bilər… Amma dövlətin film çəkilişinə ayırdığı pulu özəl şirkətlərə verib, “kino sahəsi ilə məşğul olan şirkətləri inkişaf etdiririk” kimi siyasətin adı yoxdur!

Dövlətin film çəkilişinə ayırdığı pulun mahiyyəti, məzmunu və məqsədi ilə bu siyasət heç uyğun gəlmir. Bu yanaşma çox kobud səhvdir, kino sahəsinə vurulan ən böyük zərbədir.

“Azərbaycanfilm” kinostudiyasının fəaliyyəti yenidən bərpa olunmalıdır və kino adı ilə fəaliyyət göstərən QHT-lər - Azərbaycan Kinomatoqrafçılar İttifaqı, Azərbaycan Professional Kinorejissorlar Gildiyası və başqaları ləğv edilməli, dövlətin həmin ittifaqlara ayırdığı pul ARKA-nın büdcəsinə əlavə olunmalı və film çəkilişlərinə sərf edilməlidir…”

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar