Ru
10:05 / 02 İyun 2025

Rusiyanın məhv edilmiş təyyarələri... - İlk peyk görüntüləri

Rusiyanın məhv edilmiş təyyarələri... -  İlk peyk görüntüləri
Eye

Ukraynanın Rusiyanın İrkutsk vilayətində yerləşən “Belaya” aviabazasına hücumundan sonra bazanın ilk peyk görüntüləri yayılıb.

Bakupost.az UNİAN-a istinadən xəbər verir ki, şəkillər aviabazadakı dağıntıları göstərir və Tu-95MS və Tu-22M3 təyyarələrinin vurulduğunu təsdiqləyir.

Görüntülərə əsasən, hücum nəticəsində 4 ədəd Tu-22M3, 3 ədəd Tu-95MS təyyarəsinin məhv edildiyi, bir Tu-95MS-in isə zədələndiyi ehtimal olunur.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, ən azı 41 təyyarə vurulub.

Aysel,
BakuPost

Rusiyanın məhv edilmiş təyyarələri... -  İlk peyk görüntüləri
Rusiyanın məhv edilmiş təyyarələri... -  İlk peyk görüntüləri
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar