Azərbaycan Hava Yolları (AZAL) Təbrizə birbaşa uçuşlar açır, Tehrana isə reyslərin sayını artırır.
Bakupost.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
"Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslər 15 iyundan başlayacaq. Uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək. Bakı–Tehran–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri həyata keçiriləcək", - məlumatda qeyd olunub.