Ru
23:36 / 20 Yanvar 2026

Xaçatryan: Cənab İlham Əliyevin fikirlərinə nə isə əlavə etmək çətindir - Video

Xaçatryan: Cənab İlham Əliyevin fikirlərinə nə isə əlavə etmək çətindir -  Video
Eye

Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə nə isə əlavə etmək çətindir. Çünki mən də artıq sadəcə təkrar etməyə məcburam. Bəli, Prezidentin söylədikləri ilə mənim fikirlərim üst-üstə düşür. Dəyişən dünyamızda nələrin baş verdiyini görürük.

Bakupost.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçatryan Davos forumunda keçirilən panel müzakirəsində bildirib.

"Orta dəhliz marşrutu reallaşdıqca və Cənubi Qafqazın yeni logistika imkanları artdıqca regionumuz Avropa və Asiya ölkələri üçün daha mühüm əhəmiyyat daşımağa başlayır. Azərbaycan uzun illərdir ki, tranzit imkanlarını genişləndirir. Ümid edirik ki, Ermənistan da Azərbaycanın bu tranzit imkanlarından yararlanacaq", - deyə Xaçaturyan deyib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar