Ru
22:47 / 03 İyun 2025

Şamaxıda qəza: 5 nəfər xəsarət aldı

Şamaxıda qəza: 5 nəfər xəsarət aldı
Eye

Şamaxıda avtomobil qəzası baş verib.

Bakupost.az xəbər verir ki, bu gün saat 21 radələrində Şamaxı rayonunun Çarhan kəndi ərazisində “Renault” və “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə “Renault”un sürücüsü, 42 yaşlı Samir Bağırov, “VAZ-2107”nin sürücüsü Babalar Nəbiyev, eləcə də sərnişinlər; 31 yaşlı Sarvan Həmidov, 66 yaşlı Aydın İsrafilov və 41 yaşlı Elvin Nəbiyev xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib ki, xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar