Ru
14:42 / 05 İyun 2025

Yaş saçların meningit törətdiyi yalandır - Nevroloqdan iddia

Yaş saçların meningit törətdiyi yalandır - Nevroloqdan iddia
Eye

“Başımı yuyub çölə çıxdım, meningit ola bilərəmmi? Əhali arasında belə bir dezinformasiya var. Xüsusilə də bunu bizə müraciət edən pasientlərdən tez-tez eşidirik. Əslində isə meningit baş-beyin toxumasının infeksion xəstəliyidir.”

Bakupost.az xəbər verir ki, bu fikirləri nevroloq Həcər Allahverdiyeva sosial şəbəkə hesabında el arasında yayılmış yanlış fikirlərə aydınlıq gətirərkən bildirib.

Nevroloqun sözlərinə görə, başını yuyub çölə çıxmaqla meningitə yoluxmaq mümkün deyil:


“Onu törədən səbəblər adətən, bakteriya, virus və bəzi hallarda da göbələklərdir. Sulu saç dərisi deyil.”

H.Allahverdiyeva bildirib ki, bakterial meningitin ilkin əlamətləri arasında uzun müddətli qızdırma, baş ağrısı, qusma, ürəkbulanma və ənsə sərtliyi dediyimiz nevroloji defisit yer alır:

“Ancaq diaqnozu təsdiqləmək məqsədilə həm baş beynin, həm onurğa beynin tam kontrastlı MRT müayinəsinə və yanaşı olaraq onurğa beyin mayesinin (BOS) laborator dəyərləndirilməsinə ehtiyac duyuruq. Diaqnoz dəqiqləşdikdən sonra isə müalicə qismini həkim infeksionistlərə həvalə edirik”

Lalə Novruz,
BakuPost

Şərhlər
  • Hafiz

    Dəyərli həkim Qəhrəman Xanım-Ana, ya Ana olacaq, təbiətən insanlar bir neçə dəfə, müddət mülayim-sərin yağışlı havaya məruz qala bilərlər. Baç saçlarını yuyub küləkli-soyuq havada həyətə, küçəyə, hadisə ardınca gedə bilərlər? Çimərlik isti ay-günlərə təsadüf etsə də, çox sərt-sərt külək yalnız saçları deyil, bir neçə dəqiqəyə sağlam adamı da titrədirir-əsdirir. Canlı orqanizmin-bədənin xəstələnmə ehtimalı, onun neçə müddət nəmliyə və digər anormal mühitə məruz qalmasından asılı deyilmi? Bir-iki gün əllərinizi soyuq su ilə yuyun və hər səhər ayılan kimi barmaqlarını hərəkət etdirin. Sonrakı üç gün əllərinizi yalnız ilıq-isti su ilə yuyun və səhərləri ayılan kimi barmaqlarınızı öncəki səhərlər kimi ooynadın-hərəkət etdirin. İsti və soyuğun, ya quru ilə nəm mühitin fərqlərini hiss edəcəksiniz.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar