Ru
16:19 / 05 İyun 2025

Ağdamda idman müəllimi bıçaqlandı

Ağdamda idman müəllimi bıçaqlandı
Eye

Ağdamda orta məktəb müəllimi bıçaqlanıb.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndində baş verib.

Kənd sakini, Ağdam rayonu Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinin idman müəllimi, 1984-cü il təvəllüdlü Əsəd Gülmalı oğlu Nərimanov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti ağır olduğundan ilkin yardım göstərilərək Bakıdakı xəstəxanalardan birinə köçürülüb.

İlkin məlumata görə, Ə.Nərimanov qardaşının hərbçi qaynı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar