Ru
16:29 / 05 İyun 2025

İtdən qaçan uşağı avtomobil vurdu - VİDEO

İtdən qaçan uşağı avtomobil vurdu -  VİDEO
Eye

Yekaterinburqda itdən qaçmaq istəyən uşağı avtomobil vurub.

Bakupost.az xəbər verir ki, bu barədə "Ural Mash" Telegram kanalı məlumat yayıb.

"Metallurqlar küçəsində 12 yaşlı uşaq səki ilə gedərkən it ona hürüb. Uşaq qorxaraq yola çıxıb və maşınla toqquşub. Onun baldır sümükləri sınıb və xəstəxanaya aparılıb", - məlumatda deyilir.

Hadisənin görüntülərini küçə kamerası lentə alıb. Görüntülərdə itin yolun kənarında dayanan uşağa hücum etdiyi görünür. Uşaq qorxusundan yolun kənarına qaçır və orada onu maşın vurur.

Regional Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi qeyd edib ki, it əvvəllər də yoldan keçənləri qorxutduğu üçün tutularaq müvəqqəti neytrallaşdırılıb.

Hazırda hüquq-mühafizə orqanları itin sahibinin kimliyini müəyyənləşdirir. Polis qəza ilə bağlı araşdırma aparır.

Zaur,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar