Ru
09:09 / 06 Noyabr 2026

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Mənzillərdəki kompüter, notbuk, planşetlər  qeydiyyata alınacaq
Eye

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq.

"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək.

Həmçinin internetə çıxışın hansı üsulla təmin olunduğu da göstəriləcək. Provayderlərdən çəkilmiş telefon, kabel televiziyası və ya optik kabel vasitəsilə internetə qoşulan evlərdə "sabit çıxış", mobil telefon, data kart və USB modem vasitəsilə qoşulan evlərdə isə "simsiz çıxış" qeydi aparılacaqlar.

Qeyd edilənlər 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar