Ru
10:30 / 06 Noyabr 2026

Duran Azərbaycan bayrağını gördü və… - VİDEO

Eye

UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda keçirilən “Seltik” – “Beşiktaş” matçından (3:2) sonra maraqlı hadisə yaşanıb.


"Bakupost" Qol.az-a istinadla xəbər verir ki, Şotlandiya klubunun kolumbiyalı hücumçusu Kamilo Duran azərbaycanlı azarkeşə jest edib.

O, qarşılaşma başa çatdıqdan sonra əlində ölkəmizin bayrağı olan Qlazqo Universitetinin tələbəsinin çağırışını diqqətsiz qoymayıb.

Futbolçu azərbaycanlı gəncə yaxınlaşaraq öz formasını ona hədiyyə edib.

Qeyd edək ki, “Qarabağ”ın sabiq hücumçusu olan Kamilo Duran sözügedən görüşdə 2 qol vuraraq komandasının qələbəsində əsas rol oynayıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar