Ru
10:48 / 06 Noyabr 2026

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Eye

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq.


"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdən əvvəlki ümumi diri çəkisi hesablanacaq.

Bu göstərici inək və camışlar, qoyun və keçilər, donuzlar, eləcə də quşlar üzrə ayrıca təsnifləşdiriləcək.

Bundan başqa, əvvəlki il ərzində qoyunlardan qırxılmış yunun və təsərrüfatda istehsal edilmiş baramanın ümumi miqdarı da kiloqramla qeydə alınacaq.

Məlumatlar faktiki istehsal göstəriciləri əsasında uçota daxil ediləcək. Ümumi göstəricilərlə onların tərkib hissələri arasında uyğunluq təmin olunmalı, eyni məhsulun və ya göstəricinin təkrar hesablanmasına yol verilməməlidir.

Qaydaya görə, məlumatları dəqiq müəyyənləşdirmək mümkün olmadıqda əsassız rəqəmlərin uçot sənədinə daxil edilməsinə icazə verilmir.

Qeyd edilənlər 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar