Ru
10:57 / 06 Noyabr 2026

Azərbaycanda “Uber”in adı dəyişdirildi

Azərbaycanda “Uber”in adı dəyişdirildi
Eye

Azərbaycanda fəaliyyət göstərən “Uber” taksi sifarişi xidmətinin adı dəyişdirilib.


"Bakupost" FED.az-a istinadən xəbər verir ki, platforma bundan sonra “Heetch AZ” adı ilə fəaliyyət göstərəcək.

Dəyişikliklə bağlı məlumat tətbiqin “Quql Pley” (Google Play) platformasındakı səhifəsində yer alıb. Belə ki, tətbiqin açıqlamasında “Uber AZ”ın artıq “Heetch” olduğu və sadəcə adının dəyişdirildiyi bildirilib.

Ad dəyişikliyinə baxmayaraq, tətbiqin mövcud texniki identifikatoru saxlanılıb. Bu isə platformanın əvvəlki tətbiq üzərindən fəaliyyətini davam etdirdiyini göstərir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar