Ru
16:16 / 05 İyun 2025

“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq - FOTO

“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq - FOTO
Eye

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Qurban bayramı günlərində fəaliyyətini əvvəlki kimi davam etdirəcək. Əsasən Qəza xidmətinin əməkdaşları baş verə biləcək hər hansı bir qəza halının (qaz sızması, qaz xətlərinin müxtəlif səbəblərdən zədələnməsi, sayğaclarda nasazlıq və s.) dərhal aradan qaldırılması üçün növbəlilik tətbiq etməklə iş başında olacaqlar.

Müştəri xidmətləri şöbəsinin əməkdaşları tərəfindən 06.06.2025 - 09.06.2025-ci il tarixlərində saat 10:00-dan 16:00-kimi Bakı və Sumqayıt Regional qaz istismarı İdarələrinin inzibati binalarında, həmçinin Xəzər, Qaradağ, Sabunçu və Abşeron xidmət sahələrində vətəndaşlara xidmət göstəriləcək.

Nəzərinizə çatdırırıq ki, 09.06.2025-ci il tarixində “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzlərində iş günüdür. Həmçinin abonentlər qaz təchizatı ilə bağlı Birliyin 104/185 Çağrı Mərkəzinə zəng edə və 077 3 104 104 “Whatsapp” nömrəsi vasitəsilə müraciətlərini edə bilərlər.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar