Azərbaycan millisinin əsas kapitanı Emin Mahmudov olacaq.
Bakupost.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Fernandu Santuş məlumat verib.
O bildirib ki, ilk “11-lik”də meydana çıxacağı halda komandanın kapitanı da, rəsmi penalti vuranı da Emin Mahmudov olacaq.