Kiyev administrasiyasının nəzarətində olan Zaporojye şəhərində partlayışlar baş verib.
Bakupost.az xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.
Hava həyəcanı siqnalı elan edilməyib.
Həmçinin Dnepr şəhərində də partlayışların qeydə alındığı bildirilib.
Qeyd edək ki, 6 iyunda Rusiya ordu bölmələri X-101, “Kalibr” və “İsgəndər” raketləri ilə Ukraynada kritik infrastruktura zərbə endirib.