Ru
13:50 / 07 İyun 2025

Ana və 3 yaşlı qızının meyiti TAPILDI

Ana və 3 yaşlı qızının meyiti TAPILDI
Eye

Türkiyədə evdə ana və qızının meyiti tapılıb.

Bakupost.az yerli mediaya istinadla bildirir ki, hadisə Qaziantep şəhərinin Şahinbəy qəsəbəsində baş verib.

27 yaşlı Seçil Kaymakçı və 3 yaşlı qızı Nilvaradan xəbər almayan qohumları polisə xəbər veriblər. Hadisə yerinə gələn polislər qapının bağlı olduğunu görüblər. Çağırılan xilasedicilər qapını qıraraq içəri daxil olub və ana ilə qızının meyitlərini tapıblar.
Məlum olub ki, əvvəlcə uşağın beşiyi yanıb. Ana və qızı da yanğın nəticəsində evi bürüyən tüstüdən zəhərlənərək ölüblər.

Araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar