Ru
09:37 / 19 Mart 2026

Hərbi baza üzərində naməlum PUA göründü

 Hərbi baza üzərində naməlum PUA göründü
Eye

Vaşinqtonda yerləşən və ABŞ dövlət katibi ilə Pentaqon rəhbərinin yaşadığı hərbi baza üzərində naməlum pilotsuz uçuş aparatları qeydə alınıb.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Məlumata görə, son 10 gün ərzində "Fort McNair" üzərində bir neçə dron müşahidə edilib. ABŞ hakimiyyəti onların haradan gəldiyini hələ müəyyən edə bilməyib.

Bildirilir ki, həmin bazanın ərazisində ABŞ dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset yaşayır.

Nəşrin yazdığına görə, Vaşinqton administrasiyası İran tərəfindən ABŞ ərazisində yüksək vəzifəli şəxslərə qarşı mümkün cavab hücumlarından ehtiyat edir. Bu səbəbdən insidentdən sonra təhlükəsizlik tədbirləri gücləndirilib.

ABŞ hakimiyyəti Rubionun və Heqsetin təxliyəsi məsələsini də nəzərdən keçirsə də, sonradan bu addımı atmayıb. Daha sonra məsələ Ağ evdə keçirilən müşavirədə müzakirə olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar