ABŞ hesab edir ki, İran ölkənin keçmiş ali lideri Əli Xamenei və SEPAH-ın "Qüds" qüvvələrinin sabiq komandanı Qasım Süleymaninin ölümünə görə qisas ala bilər.
Bakupost.az "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının hesabatında bildirilir.
Sənədə əsasən, Tehran Xameneinin ölümünə görə mütləq şəkildə qisas almağa çalışacaq. Eyni zamanda, İran Qasım Süleymaninin qətlinin qisasını da uzun müddətdir planlaşdırır. Bildirilir ki, potensial hədəflər arasında hazırkı və sabiq amerikalı rəsmilər ola bilər.
Qeyd olunur ki, ABŞ və İsrail fevralın 28-də İran ərazisində, o cümlədən Tehranda zərbələr endirməyə başlayıb və ilk gün ali lider Əli Xamenei öldürülüb.
Xatırladaq ki, Qasım Süleymani 2020-ci il yanvarın 3-də ABŞ əməliyyatı nəticəsində Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında öldürülmüşdü.