Ru
11:14 / 07 İyun 2025

Müxalifət Paşinyanın yerinə onu HAZIRLAYIR

Müxalifət Paşinyanın yerinə onu HAZIRLAYIR
Eye

Ermənistanda baş nazir Nikol Paşinyanın impiçment ehtimalı ilə bağlı siyasi proseslər yeni mərhələyə qədəm qoyub.

Bakupost.az xəbər verir ki, müxalifətdə olan və keçmiş prezident Serj Sarkisyanın rəhbərlik etdiyi “Respublika” partiyası Paşinyana qarşı impiçment təşəbbüsünü gündəmdə saxlayır və artıq yeni baş nazir postuna öz namizədini də müəyyənləşdirib.

Məlumata görə, partiya yaxın günlərdə rəsmi olaraq Armen Aşotyanın namizədliyini irəli sürəcək. “Hraparak” qəzeti yazır ki, “Respublika” əvvəlcə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyanı bu vəzifəyə uyğun hesab etsə də, son anda qərar dəyişdirilib və seçki strategiyası çərçivəsində partiyanın məşhur simalarından olan Aşotyana üstünlük verilib.

Armen Aşotyan Ermənistanın mühafizəkar siyasi düşərgəsinin tanınmış simalarından biridir. O, 1975-ci ildə Yerevanda anadan olub. 2009-2016-cı illərdə Ermənistanın elm və təhsil naziri vəzifəsində çalışıb.

Həm hakimiyyətdə olan vaxt, həm də Sarkisyanın devrilməsindən sonra "Respublika" partiyasında yüksək vəzifələr tutub, partiyanın ideoloji istiqamətinin formalaşmasında fəal rol oynayıb.

O, 2023-cü ildə korrupsiya ittihamı ilə qısa müddətlik saxlanılıb. Xarici siyasətdə Rusiya ilə sıx əməkdaşlığın, daxildə isə “milli dəyərlərə əsaslanan inkişafın” tərəfdarı kimi çıxış edir.

Aşotyan uzun müddət həm parlamentdə, həm də mediada Paşinyan hakimiyyətinin sərt tənqidçisi olub. O, xüsusilə 2020-ci il Qarabağ müharibəsindən sonra Paşinyanın kapitulyasiya siyasətini "dövlətə xəyanət" kimi qiymətləndirib.

İmpiçment təşəbbüsünün parlamentdə real dəstək qazanıb-qazanmayacağı hələlik qeyri-müəyyəndir.

Beləliklə, Ermənistan növbəti həftələrdə yeni siyasi qarşıdurmalara səhnə ola bilər. "Rusiyanın adamı" kimi tanınan Aşotyanın namizədliyi ilə “Respublika” partiyası Paşinyan hökumətinə ciddi meydan oxuyur. Bu prosesin necə nəticələnəcəyi isə həm parlamentin balansından, həm də ictimaiyyətin dəstəyindən asılı olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar