Ru
12:57 / 07 İyun 2025

Talassemiyalı uşaqların pulunu mənimsəyənlər azadlığa çıxmaq istəyir

Talassemiyalı uşaqların pulunu mənimsəyənlər azadlığa  çıxmaq istəyir
Eye

Talassemiyalı uşaqların müalicəsinə ayrılmış pulları ələ keçirməkdə təqsirli bilinən qadınlar hökmdən apellyasiya şikayəti veriblər.

Bakupost.az bu barədə "Qafqazinfo"ya istinadən xəbər verir.

Həbs olunan qadınlardan ikisi - Aynur Bayramova və Aysel Məmmədova özlərini ümumiyyətlə təqsirli bilmirlər. Onlar hesab edirlər ki, verilmiş ittihamlara münasibətdə günahkar deyillər, amma birinci instansiya məhkəməsində işlərinə düzgün baxılmayıb. Hər ikisi bəraət qazanmasını istəyir.

Nuridə Seyidova isə digərlərindən fərqli olaraq, bəzi ittihamlarla razıdır. Amma ona təyin edilmiş 8 il 6 ay həbs cəzasını ağır hesab edir. O, yuxarı instansiyadan cəzasının yüngülləşdirilməsini istəyir.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Seyidova 8 il 6 ay, A.Bayramova 7 il 6 ay, A.Məmmədova 6 il 6 ay azadlıqdan məhrum ediliblər. Araşdırma dövründə tanınmış həkimlər də şahid qismində ifadə veriblər.

Bütün şikayətlər Bakı Apellyasiya Məhkəməsinə daxil olub. Yaxın zamanlarda yeni məhkəmə başlayacaq.

Qeyd edək ki, Nuridə Seyidova "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin sahibi, A.Bayramova ilə A.Məmmədova isə onun işçiləri olublar. Onlar talassemiyalı uşaqların əməliyyat xərclərinin qarşılanması məqsədilə ianə toplamaq öhdəliyi götürüblər, lakin toplanan vəsaitlərin çoxunu mənimsəyiblər. İş üzrə 36 nəfər zərərçəkmişə 1 milyon manata yaxın zərər dəyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar