Türkiyənin xarici işlər naziri Hakan Fidan İsraillə bağlı sərt açıqlama verib.
O bildirib ki, İsrail düşmənsiz mövcud ola bilmir. Nazirə görə, İsrail İrandan sonra Türkiyəni hədəf seçə bilər. Fidan regional əməkdaşlıq formatlarını da tənqid edib.
Onun sözlərinə görə, Yunanıstan, Kipr və İsrailin iştirakı ilə qurulan platformalar gərginliyi azaltmır. Əksinə, vəziyyəti daha da gərginləşdirir.
Bəs həqiqətən ABŞ və İsrailin növbəti hədəfi Türkiyədirmi? Belə bir proses gerçəkləşərsə, nə ilə nəticələnə bilər? Hakan Fidanın bu açıqlamanı verməkdə əsas məqsədi nədir?