Sumqayıtda ölümlə nəticələnən avtoqəza olub.
Bakupost.az "Report"a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində baş verib.
İlkin məlumata əsasən, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsində olan 12 yaşlı oğlan hadisə yerində ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Avtomobil qəzası