Fövqəladə Hallar Nazirliyində (FHN) növbəti kadr dəyişikliyi baş verib.
"Bakupost" manset.az-a istinadən xəbər verir ki, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN Aviasiya Dəstəsinin rəisinin birinci müavini, polkovnik Rahim Cəfərov tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.
Onun yerinə hələ ki, yeni təyinat yoxdur.
Qeyd edək ki, Rahim Cəfərov uzun illər aviasiya sahəsində xidmət göstərmiş peşəkar və təcrübəli mütəxəssislərdən biri olub.
Xatırladaq ki, FHN Aviasiya Dəstəsinin rəisi hazırda general-mayor Fərhad Səmədovdur. O, bu vəzifəyə bir neçə ay əvvəl təyin edilib.