Ru
16:04 / 23 Noyabr 2026

Ermənistanın yeni konstitusiyası: Nələr dəyişir?

Ermənistanın yeni konstitusiyası: Nələr dəyişir?
Eye

Ermənistan baş naziri Nikol Paşinyanın təqdim etdiyi yeni konstitusiya layihəsinin bəzi müddəaları bəlli olub.

“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, yeni layihədə Təhlükəsizlik Şurası və İctimai Şura haqqında ayrıca müddəalar yoxdur.

Bildirilir ki, bu orqanların yaradılması və fəaliyyəti qanunla tənzimlənə bilər ki, bu da dövlət idarəetmə sisteminin ölkənin ehtiyaclarına uyğunlaşdırılmasına imkan verəcək.

Habelə, yeni konstitusiya layihəsinə görə, baş nazir parlament çoxluğunu təşkil edən siyasi partiyanın parlament üzvləri arasından seçilməlidir.

Baş nazir vəzifəsi boş qalarsa, yeni hökumət başçısı vəzifəsinə namizəd də hökmən parlament üzvü olmalıdır. Eyni zamanda, parlament səlahiyyətləri müvəqqəti olaraq dayandırılmış Nazirlər Kabinetinin üzvü də namizəd ola bilər.

Hökumət üzvlərinin ən azı üçdə ikisi təyin edildikdə formalaşmış hesab olunur. Bu, bəzi nazirlər hələ təyin olunmasa belə, ona işinə başlamağa imkan verir.

Yeni layihədə baş nazirin müavinlərinin və ya nazirlərin maksimum sayı göstərilmir.

Layihəyə əsasən, kabinetin iclasları açıq olmalıdır və qapalı iclaslar yalnız qanunla nəzərdə tutulmuş xüsusi hallarda keçirilə bilər. Bu, vətəndaşlara kabinetin işini və qərar qəbuletmə prosesini daha yaxşı izləməyə imkan verəcək.

Yeni konstitusiya layihəsinə Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad da daxil edilməyib. Hansı ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün məhz bunu tələb edirdi.

Qeyd edək ki, mövcud konstitusiyaya əsasən, parlament üzvü üçün müəyyən edilmiş tələblərə cavab verən vətəndaşlar baş nazir vəzifəsinə seçilə bilərlər və namizədin mütləq mənada parlament üzvü olması vacib deyil.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar