Ru
14:50 / 23 Noyabr 2026

Dünyanın ən yaşlı “qanuni oğrusu” saxlanıldı

Dünyanın ən yaşlı “qanuni oğrusu” saxlanıldı
Eye

Kriminal aləmdə "Valter" kimi tanınan 80 yaşlı Valiko Ceceya Rusiyada saxlanılıb.

“Bakupost” xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbələrin RBC-yə verdiyi məlumata görə, “Valter” Şeremetyevo hava limanında yaxalanıb.

Mənbələr bildirir ki, Valiko Ceceya Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Başqa bir mənbəyə görə isə, Ceceyaya qarşı cinayət iyerarxiyasında yüksək vəzifə tutduğuna görə (Cinayət Məcəlləsinin 210.1-ci maddəsi) cinayət işi açılıb.

Qeyd edək ki, Valiko Ceceya gürcü kriminal avtoritetdir. O, keçən əsrin 90-cı illərində Uzaq Şərq və Saxalində cinayətkar şəbəkəyə nəzarət edib.

Ceceya uzun illər Monteneqroda yaşayıb, lakin vizasının müddəti bitdiyinə görə ölkəni tərk etmək məcburiyyətində qalıb və bundan sonra Ermənistan vasitəsilə Rusiyaya gedib.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar