Ru
13:14 / 23 Noyabr 2026

3 övladını dəm qazından itirən qadın 51 yaşında yenidən ana oldu - FOTO

3 övladını dəm qazından itirən qadın 51 yaşında yenidən ana oldu - FOTO
Eye

Qazaxıstanın Manqistau vilayətində ötən il üç övladı dəm qazından zəhərlənərək ölən 51 yaşlı Kumisai Palekeyeva yenidən ana olub.

"Bakupost" xəbər verir ki, xarici KİV-ə istinadla xəbər verir ki, qadına qeysəriyyə əməliyyatı icra edilib.

Hazırda həm ana həm də körpənin vəziyyəti yaxşıdır. Ailənin yeni üzvünə Ariya adı verilib.

Kumisai Palekeyeva 51 yaşında ana ola biləcəyini gözləmədiyini, lakin həkimlərin və yaxınlarının dəstəyi ilə süni mayalanma proseduruna müraciət etmək qərarına gəldiyini bildirib. Qadının sözlərinə görə, o, yaşadığı ağır faciədən sonra həyatına yenidən ümid və dayaq qazandırmaq üçün bu addımı atıb.

Ailə klinikanın faciədən sonra hədiyyə etdiyi sertifikat sayəsində süni mayalanma prosedurundan ödənişsiz yararlanıb. Bundan əlavə, ailə bu ilin sentyabr ayında 13 yaşlı oğlan uşağını da övladlığa götürüb.

Yasəmən, BakuPost


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar