Ru
13:50 / 23 Noyabr 2026

İcra nümayəndəsinin bacısı "Flora Baku"nun sökülməsini tələb edib? - VİDEO

İcra nümayəndəsinin bacısı "Flora Baku"nun sökülməsini tələb edib?  - VİDEO
Eye

Bakının Yasamal rayonunda yerləşən "Flora Baku" musiqi məkanının sökülmə təhlükəsi ilə üzləşdiyi iddia olunur.

"Bakupost" xəbər verir ki, bu barədə ötən gün məkanın sosial media hesabında paylaşım edilib.

Qeyd olunub ki, problem qonşuluğa yeni köçən qadının məkandan şikayətindən sonra yaranıb. Bildirilib ki, qadın özünü icra nümayəndələrindən birinin bacısı kimi təqdim edərək məkanın fəaliyyətini dayandırmasını tələb edib. O, həmçinin məkanı narkomaniya və əxlaqsızlığı təbliğ etməkdə ittiham edib.

"Keçən həftə bizə bir qadın yaxınlaşıb dedi ki, buranı yığışdırın və fəaliyyətinizi dayandırın. Biz də ondan bunun səbəbini soruşduq. Məlum oldu ki, həmin qadın qonşumuzdur və bura yeni köçüb. Sonda isə bizə bildirdi ki, hansısa icra nümayəndəsinin bacısıdır. Bizi narkomaniya ilə məşğul olmaqda və əxlaqsızlıq yaymaqda ittiham edərək təhdid edir. Gəlin, sizə nə ilə məşğul olduğumuzu göstərim: retro konserti, Azərbaycan retro musiqiləri, Rəşid Behbudov gecəsi, nostalji musiqilər gecəsi. Yəni bizim hansı sahədə fəaliyyət göstərdiyimizi hər kəs bilir. Bu gün öyrəndim ki, sabah icra nümayəndələri obyektimizi sökməyə gələcək. Çünki bacısı qardaşına şikayət edib ki, buranı sökdürsün”.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu göndərmişik.


Lalə, BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar