Ru
11:02 / 07 İyun 2025

Bağçalıdan Ərdoğana dəstək: Bu konstitusiya ləğv edilməlidi!

Bağçalıdan Ərdoğana dəstək:  Bu konstitusiya ləğv edilməlidi!
Eye

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Rəcəb Tayyib Ərdoğanın yeni konstitusiya təşəbbüsünə dəstək verib.

Bakupost .az xəbər verir ki, bu barədə o, MHP-nin qurucu lideri Alparslan Türkeşin məzarını ziyarət edərkən çıxış edib.

Bağçalı "çevriliş konstitusiyası"nın ləğv edilməli olduğunu vurğulayıb.

O, həmçinin Siyasi Partiyalar Qanunu və seçki sisteminin də yenidən gözdən keçirilməsinin vacibliyini qeyd edib.

MHP liderinin sözlərinə görə, konstitusiya ilə bağlı işlərin bayramdan sonra başlanması arzu olunur.

Xatırladaq ki, Ərdoğan mayın 27-də 10 hüquqşünasdan ibarət komissiya yaratdığını və yeni konstitusiya üzrə hazırlıqlara başlandığını bildirmişdi. Ərdoğan bu sənədin "tam hüquq və azadlıqlar siyahısını əks etdirən" müasir konstitusiya olacağını deyib. Yeni komissiyanın Cevdet Yılmazın rəhbərliyi ilə fəaliyyət göstərəcəyi və geniş ictimai müzakirələrə açıq olacağı qeyd edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar