Ru
22:16 / 06 İyun 2025

Bu müsəlman ölkəsində qurban kəsmək qadağan olundu: Çünki...

Bu müsəlman ölkəsində qurban kəsmək qadağan olundu: Çünki...
Eye

Mərakeş administrasiyası quraqlıq və heyvan ehtiyatlarının azalması səbəbindən Qurban bayramı öncəsi heyvan bazarlarını bağlayıb.

Bakupost.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı və Daxili İşlər nazirlikləri birgə açıqlama verib.

Bildirilib ki, 7 ildir şiddətli quraqlıqla mübarizə aparan Mərakeşdə bayram öncəsi heyvan kəsimi ilə bağlı bütün ticarət fəaliyyətləri qadağan edilib. Qanunsuz satışın qarşısını almaq üçün isə bəzi rayonlarda yoxlamalar artırılıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Mərakeşdə illərdir davam edən quraqlıq heyvan ehtiyatının 38 faiz azalmasına səbəb olub. Yağışlar 30 illik orta göstəricidən 53 faiz azdır. Bu vəziyyət qurbanlıq heyvanların tədarükünə xeyli təsir edib.

Mərakeş kralı xalq adından simvolik olaraq qurban kəsəcəyini açıqlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar