Ru
21:11 / 06 İyun 2025

Cənubi Koreyanın Prezidenti Trampla qolf oynayacaq

Cənubi Koreyanın Prezidenti Trampla qolf oynayacaq
Eye

Koreya Respublikasının Prezidenti Li Çje Myon və ABŞ-dən olan həmkarı Donald Tramp telefon danışığı zamanı qolf oynamağa razılaşıblar, həmçinin hər iki siyasətçi üzləşdikləri siyasi motivli sui-qəsd cəhdlərini müzakirə ediblər.

Bakupost.az xəbər verir ki, bu barədə Cənubi Koreya liderinin Administrasiyası məlumat yayıb.

İki ölkə liderləri arasında ilk telefon danışığı iyunun 6-da baş tutub. “Prezident Donald Tramp Prezident Li Çje Myonu ABŞ-yə dəvət etdi. Li Çje Myon cavab verdi ki, Koreya Respublikası və ABŞ arasında xüsusi müttəfiqlik əlaqələri olduğundan onlar tez-tez görüşüb məsləhətləşməlidirlər”.

"Prezidentlər ikitərəfli alyansın inkişafı naminə sıx əlaqə saxlamaq məqsədilə istər çoxtərəfli məkanlarda, istərsə də ikitərəfli səfərlərdə mümkün qədər tez görüşməyə razılaşıblar", - Koreya Respublikası Prezidentinin Administrasiyasından bildirilib.

Xatırladaq ki, Cənubi Koreyanın yeni Prezidenti Li Çje Myon növbədənkənar seçkilərdə qələbə qazandıqdan dərhal sonra, iyunun 4-də vəzifəsinin icrasına başlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar