Ru
22:51 / 06 İyun 2025

Azərbaycana keçən ermənilər geri qaytarıldı - - YENİLƏNİB

Azərbaycana keçən ermənilər geri qaytarıldı - - YENİLƏNİB
Eye

Azərbaycan-Ermənistan sərhədində itkin düşdüyü bildirilən iki nəfər Ermənistana qaytarılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kənd icmasının rəhbəri David Qulunts məlumat verib.

***

Ermənistan tərəfindən iki azyaşlının azaraq Azərbaycan ərazisinə keçməsi barədə yayılan məlumatlar araşdırılır.

bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

***
12:38

Ermənistanın Sünik rayonunun (Zəngəzur) Tex kəndindən olan iki azyaşlı Azərbaycan ərazisinə keçib.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Belə ki, 6 iyun 2025-ci il tarixində saat 01:20 radələrində Aravus kəndi yaxınlığında Tex (Dığ - red.) icmasının sakinləri Karen Armenoviç Cangiryan (27 iyun 2007-ci il təvəllüdlü) və Andrey Armenoviç Qyaqunts (13 yanvar 2008-ci il təvəllüdlü) azıb və Azərbaycan ərazisinə keçiblər.

Məlumatda qeyd olunur ki, hazırda vətəndaşların olduğu yerin müəyyən edilməsi və təhlükəsiz qayıtmaları üçün bütün zəruri tədbirlər görülür.

Həmin yeniyetmələrin ərazidə mal-qara otardıqları bildirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar