Ru
20:05 / 06 İyun 2025

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır - Foto

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır - Foto
Eye

“Sotheby's” hərrac evi ilk orijinal “Hermes Birkin” çantasını hərraca çıxaracaq.

Bakupost.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Bu, dəb həvəskarları və kolleksiyaçılar üçün böyük hadisə hesab olunur. Belə ki, sözügedən çanta 1984-cü ildə stil ikonası Ceyn Birkin və “Hermes”in o zamankı CEO-su Jan-Lui Dümas arasında eksklüziv əməkdaşlıq əsasında yaradılıb.

“Orijinal Birkin” kimi tanınan bu unikal model əfsanəvi seriyanın başlanğıcı hesab olunur. Çanta sonrakı versiyalarda istifadə olunmayan çiyin qayışı, qızılı zolaq və “J.B” imzası da daxil olmaqla yeddi eksklüziv dizayn elementinə malikdir.

Ceyn Birkin çantanı 1994-cü ildə Fransanın QİÇS-ə qarşı mübarizə üzrə xeyriyyə təşkilatına bağışladıqdan sonra o, məşhur parisli kolleksiyaçı və butik sahibi Katrin Besnierin əlinə keçib. Hərrac evi hələ ki, onun satışdan əvvəlki dəyərini açıqlamır, lakin “Sotheby's” Çantalar və moda departamentinin rəhbəri Morgan Haliminin sözlərinə görə, bu, sadəcə bir aksesuar deyil, bir epoxanın simvolu, tendensiyaları aşan əfsanədir.

“Orijinal Birkin” artıq Paris və Honq-Konqdakı “Sotheby's” qalereyalarında nümayiş etdirilib və iyulun 10-da “Fashion Icons” auksionunda hərraca çıxarılmazdan əvvəl iyunun 6-dan 12-dək Nyu Yorkda nümayiş etdiriləcək. Ehtimal edilir ki, sözügedən çanta dünyanın ən məşhur kolleksiyaçılarının diqqətini cəlb edərək mövsümün ən əlamətdar hadisələrindən biri olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar