Bu gün Türkiyənin Konya vilayətində sərnişin avtobusu ağır qəza törədib.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Adana-Konya yolunun Ereğli qəsəbəsindən keçən hissəsində iritutumlu markalı avtobus idarəetmədən çıxaraq aşıb.
Nəticədə 1 nəfər hadisə yerində ölüb, 26 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
Yaralılardan 10-nun vəziyyətinin ağır olduğu bildirilir.