Ru
19:43 / 06 İyun 2025

Ukraynada döyüş bölgəsində yaşayan azərbaycanlılar: Qorxu altında yaşayırıq

Ukraynada döyüş bölgəsində yaşayan azərbaycanlılar: Qorxu altında yaşayırıq
Eye

Baku TV Ukraynanın Rusiya ilə sərhəddən 30 km məsafədə yerləşən, cəbhə bölgəsi hesab edilən Sumı vilayətinin Şostka şəhərindən reportaj hazırlayıb.

Bakupost.az xəbər verir ki, şəhər Rusiyanın Kursk və Bryansk vilayətləri ilə sərhəddə yerləşir. Sovet İttifaqı dövründə müxtəlif ölkələrdən sürgün olunanların kütləvi olaraq Şostka şəhərinə göndərilməsi buranın etnik tərkibini də mürəkkəbləşirib. O cümlədən iri sənaye və ərzaq zavodlarına, hərbi strateji mövqeyə malik olması şəhəri Rusiya ordusunun bu bölgədə mərkəzi hədəfinə çevirib.

Burada azərbaycanlılar da yaşayır və bombardmana baxmayaraq, şəhərdən çıxmaq istəmirlər. Əli Zeynalov bu şəhərdə doğulub böyüyən azərbaycanlı gənclərdən biridir. O, hazırda Sumı vilayət parlamentinin mərkəzi aparatında baş məsləhətçi vəzifəsində işləyir.

"Bura tez-tez atəşə tutulur. Şostk PUA hücumları ilə yanaşı, Bryansk meşələrindən diversiya-kəşfiyyat qruplarının təxribatlarına məruz qalır. Üç ildən çoxdur ki, tammiqyaslı müharibə azərbaycanlılara da rahat yaşamağa imkan vermir", - Ə.Zeynalov Baku TV-yə açıqlamasında deyib.

Şəhərdə yaşayan başqa bir azərbaycanlı - Vasif Lətifov isə qeyd edib ki, burada səhərdən axşama qədər həyəcan siqnalının səsi kəsilmir: "Qorxu altında yaşayırıq. Atam, qardaşlarım - hamımız buradayıq".

Ətraflı süjetdə:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar