Xəbər verdiyimiz ki, Azərbaycanda mobil operatorların yeni tarif siyasəti və bunun digər ölkələrlə müqayisəsi son günlər geniş müzakirə mövzusuna çevrilib. Xüsusilə, yerli operatorların balans artırma şərtləri və nömrələrin aktiv qalma müddəti istifadəçilər arasında narazılığa səbəb olub. Yeni qərara əsasən, “Azercell” balans artırıldıqdan sonra nömrənin aktiv qalma müddətini “1 gün” olaraq müəyyənləşdirib.
Bakupost.az xəbər verir ki, bu rəqəm qonşu ölkələrdə xeyli fərqlidir.
Belə ki, qardaş Türkiyədə “Vodafone” və “Turkcell” müvafiq olaraq 180 və 185 gün, Gürcüstanda “Magticom” 60 gün, Rusiyada “Megafon” 90 gün, Ermənistanda isə “Telecom Armenia” 90 gün aktivlik müddəti təyin edib.
Qeyd edək ki, "Azərcell" mobil operatorunda nömrənin aktiv qalma müddəti əvvəlki qaydalarla 5 gün 1 manat, 10 gün 2 manat , 30 gün 5 manat və s. məbləğində idi.
Aytac,
BakuPost