İndoneziyanın Bali adasının qubernatoru Vayan Koster bir litrdən kiçik su qablarının istehsalına qadağa qoyub.
Bakupost.az xəbər verir ki, bu barədə “Kompas” bildirib.
Kosterin sözlərinə görə, adada ən yüksək vəzifələlərdən tutmuş yerli məmurlara qədər hamı adanın tullantı probleminin həllinə kömək etmək üçün birdəfəlik plastikdən istifadə etməmək barədə razılığa gəliblər.
"Bali adasının ətraf mühitini və ekosistemini qorumaq üçün bir litrdən kiçik qablaşdırılmış suyun istehsalı dayandırılmalıdır", - qubernator deyib.
Koster iş adamlarını qalan ehtiyatlarını satmağa çağırıb ki, gələn il Balidə bir litrdən kiçik şüşə qalmasın. O qeyd edib ki, Balidəki demək olar ki, bütün zibilxanalar tam doludur və tullantıların əksəriyyəti birdəfəlik plastikdən ibarətdir.
Zaur,
BakuPost